Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış ölkəsinin MiQ-29-larının Ukraynaya verilməsinə narazı olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə “Radio Zet”ə müsahibəsində danışıb.
Vladislav Kosiniak-Kamış Polşanın bacardığı qədər hərbi texnika təmin etdiyini, lakin yeganə məhdudiyyətin öz təhlükəsizliyi olduğunu bildirib:
"Məsələn, MiG-29 - onlar Polşa səmasında patrul edir və polşalı pilotlara xidmət edir. Niyə onları Kiyevə verək? Deyə bilmərəm ki, mən buna razı deyiləm".
Qeyd edək ki, daha əvvəl Polşa hökumətinin Almaniya hökumətindən “MiQ-29” qırıcılarının Ukraynaya ötürülməsinə razılıq verilməsini rəsmi şəkildə xahiş etdiyi məlum olmuşdu.
Almaniya hökuməti də Polşanın keçmiş Almaniya Demokratik Respublikasının (ADR) ehtiyatlarından əldə etdiyi Sovet istehsalı olan qırıcıları Ukraynaya verməsinə icazə vermişdi. Bundan sonra ölkə Kiyevə 10 ədəd MİQ-29 qırıcısı göndərmişdi
Bizim.Media