Xəbər verdiyimiz kimi hazırda ABŞ-də prezident seçkiləri keçirilir.
Bizim.Media xəbər verir ki, seçkilərlə bağlı ilkin ehtimal nəticələr açıqlanıb.
MÖVZU İLƏ BAĞLI:
Tramp: “Seçkilər ədalətli keçsə və mən məğlub olsam…”
Hesablamalara görə, Arizona ştatında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçicilərin 78%-ni, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris isə 22%-ni toplaya bilib.
Bundan əlavə:
Corciya ştatı: Tramp 70% - Harris 30%;
Pensilvaniya: Tramp 59% - Harris 41%;
Nevada: Harris 50% - Tramp 50%;
Viskonsin: Harris 54% - Tramp 46%;
Miçiqan: Harris 61% - Tramp 39% səs toplayıb.
Bizim.Media