Tramp ölkədə erkən səsvermənin saxtalaşdırıldığını İDDİA EDİB

Tramp ölkədə erkən səsvermənin saxtalaşdırıldığını İDDİA EDİB

Hazırda oxunan: Tramp ölkədə erkən səsvermənin saxtalaşdırıldığını İDDİA EDİB

218855

ABŞ-da prezidentliyə namizəd Donald Tramp ölkədə erkən səsvermənin saxtalaşdırıldığını iddia edib.

Bizim.Media xəbər verir ki, o, ABŞ-nin bir sıra ştatlarında seçici bülletenlərinin də saxtalaşdırıldığını bildirib.

"Pensilvaniya insanları aldadır və heç vaxt olmadığı kimi cinayət başında yaxalanır. Fırıldaqlar barədə səlahiyyətlilərə məlumat verin. Hüquq-mühafizə orqanları indi hərəkətə keçməlidir!" – Tramp özünün “Truth Social” hesabında yazıb.

“The Philadelphia Inquirer” yazır ki, Allentaundakı mitinqdə Tramp Lancaster və Yorkdakı saxta qeydiyyat formalarına istinad edərək 2600 səsin saxta ola biləcəyini iddia edib. Bununla belə, Lancaster səlahiyyətliləri təxminən 2500 blankı yoxlayıb və heç bir fırıldaqçılıq əlaməti aşkar etməyiblər.
 

Qeyd edək ki, Birləşmiş Ştatlarda növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin olunub. Qalib 2025-ci ilin yanvarından başlayaraq 4 il müddətinə Ağ evə rəhbərlik edəcək.

Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris ən yüksək hökumət postu uğrunda mübarizə aparacaqlar. Seçicilər eyni zamanda Konqresin yeni üzvlərini - hökumətin qanunverici orqanını da seçəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO