Almaniya İranın ölkədəki bütün konsulluqlarını BAĞLAYIR

Almaniya İranın ölkədəki bütün konsulluqlarını BAĞLAYIR

Hazırda oxunan: Almaniya İranın ölkədəki bütün konsulluqlarını BAĞLAYIR

218663

Almaniya hökuməti İranın ölkədəki bütün konsulluqlarını bağlamaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Qeyd edək ki, 2 gün öncə Almaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb, həmçinin Almaniyanın Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.


Xatırladaq ki, buna səbəb oktyabrın 28-də İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmahdın edam edilməsi olub. Belə ki, 2023-cü ildə İran Ali Məhkəməsi onu terrorizmdə ittiham edərək edam cəzasına məhkum edib. Onun İran rejimi tərəfindən öldürülməsindən sonra İranın müvəqqəti işlər vəkili dərhal Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb və İran hakimiyyətinin hərəkətlərinə kəskin etiraz bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO