Türkiyənin Yalova şəhərindən Bolqarıstana səfər edən “FG Sevıl” adlı yük gəmisində yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, hadisə İstanbulun Pendik rayonu ərazisində baş verib. Yanğın yerinə Türkiyənin sürətli xilasetmə qayıqları yönləndirilib. Hadisə zamanı iki dənizçi həyatını itirib.
Gəmidə 17 heyət üzvü və 8 gəmiqayırma işçisi olub. Uzunluğu 104 metr olan gəminin İstanbulun Kartal bölgəsindəki dəniz vasitələrinin texniki xidmət sahəsinə gətiriləcəyi bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:38 / 31.10.2024
İstanbulda gəmi yandı: 2 nəfər həlak oldu
Hazırda oxunan: İstanbulda gəmi yandı: 2 nəfər həlak oldu
Hazırda oxunan: İstanbulda gəmi yandı: 2 nəfər həlak oldu
218647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.