Rusiyanın müharibə üçün pulu tükənir - "Politico"

Rusiyanın müharibə üçün pulu tükənir - "Politico"

Hazırda oxunan: Rusiyanın müharibə üçün pulu tükənir - "Politico"

218463

Rusiya hökumətinin maliyyə sektorunda manevr imkanları tükənir.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
 

Mənbə qeyd edir ki, Qərbin isə Ukraynadakı müharibənin sonunu yaxınlaşdırmaq şansı yaranıb.


Demokratiyaları Müdafiə Fondunun böyük elmi əməkdaşı Peter Doran “Politico”da nəşr etdiyi məqaləsində qeyd edir ki, Kreml hökumətin müdafiəyə ayırdığı təxminən 436 milyard dollardan 145 milyard dollarını xərcləmək niyyətindədir.

Bu, Rusiyanın ÜDM-nin 6,3%-dən çoxunu təşkil edir ki, bu da Soyuq Müharibədən bəri ən yüksək xərcdir.

Doran vurğulayıb ki, Rusiya iqtisadiyyatının real yükü ÜDM-nin 10%-nə yaxınlaşır.

“Politico”nun fikrincə, Rusiya büdcəsi ilə bağlı problem hökumətin müharibə xərclərini ödəmək üçün kifayət qədər pul almamasıdır. Kreml 2023-cü ildə təxminən 34 milyard dollar kəsirlə işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO