Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyənin Respublika Günü münasibətilə Ərdoğana təbrik məktubu göndərib.
Bizim.Media xəbər verir ki, bu barədə BELTA agentliyi yazıb.
Məktubda deyilir ki, müasir Türkiyə tərəqqi və modernləşmə yolu ilə inamla irəliləyir, regionda və dünyada sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır”.
Lukaşenko qeyd edib ki, o, ikitərəfli təmasları davam etdirməyə hazırdır və Ərdoğanın Türkiyəyə rəsmi səfərə dəvətindən minnətdarlıqla yararlanacaq.
Xatırladaq ki, bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir.
1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd edilməsi barədə qanun qəbul olunub.
Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Respublikasının yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Türkiyə Respublikasının ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:55 / 29.10.2024
Lukaşenko Türkiyəyə rəsmi səfərə gedəcək
Hazırda oxunan: Lukaşenko Türkiyəyə rəsmi səfərə gedəcək
Hazırda oxunan: Lukaşenko Türkiyəyə rəsmi səfərə gedəcək
218285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.