Yaponiyada parlament seçkisi: 1 344 namizəd mübarizə aparır

Yaponiyada parlament seçkisi: 1 344 namizəd mübarizə aparır

Hazırda oxunan: Yaponiyada parlament seçkisi: 1 344 namizəd mübarizə aparır

217983

Yaponiya parlamentinin əsas aşağı palatasına seçki keçirilir.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ölkənin İnzibati İşlər və Rabitə Nazirliyi yayıb.

Qurum qeyd edib ki, səsvermə gününə qədər 16 milyondan çox insan (ümumi seçici sayının 15.8 faizi) erkən səsvermə hüququndan istifadə edib.

Sorğulara əsasən, hakim Liberal Demokrat Partiyası parlamentdəki çoxluğunu itirə bilər.

Seçkidə birmandatlı dairələr üzrə səsvermə ilə müəyyən ediləcək 289 yer və partiya siyahıları üzrə proporsional sistemlə bölüşdürüləcək 176 yer uğrunda 1 344 namizəd mübarizə aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO