Moskvada parkdakı silahlı insidentə görə 3 nəfər saxlanılıb - VİDEO

Moskvada parkdakı silahlı insidentə görə 3 nəfər saxlanılıb - VİDEO

Hazırda oxunan: Moskvada parkdakı silahlı insidentə görə 3 nəfər saxlanılıb - VİDEO

217933

Polis Moskva yaxınlığındakı Puşkino mərkəzi parkında silahlı atışmada şübhəli bilinən üç nəfəri saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” agentliyi məlumat yayıb.

Bildirilib ki, atışma səsləri silahdan deyil, fişəng partamasından olub. Belə ki, saxlanılan şəxslər iddia ediblər ki, yaxınlıqda keçirilən toy mərasimində qonaq olublar və məclisdə fişənglər partladılıb.

Lakin hadisə şahidlərinin sözlərinə görə, iki qrup gənc arasında şifahi münaqişə baş verib, daha sonra əlbəyaxa davaya çevrilib, daha sonra iştirakçılar qaçıblar.

Ölənlər barədə hələ ki, məlumat yoxdur.

Moskva vilayəti üzrə İstintaq Komitəsinin məlumatına görə, şəhər parkında baş verən kütləvi dava ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvadakı Puşkino mərkəzi parkında atışma səsləri eşidilib. Silah səslərindən dərhal sonra parkda olan gənclər ərazidən qaçaraq uzaqlaşıblar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO