Böyük Britaniyada elektron siqaretdən istifadə qadağan ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə ölkədə yeni qanun imzalanacaq. Belə ki, gələn ilin iyun ayından etibarən birdəfəlik elektron siqaretlərdən istifadənin məhdudlaşdıracağı bildirilir.
Bu qərar gənclərin sağlamlığının qorunması və ətraf mühitə vurulan zərərin qarşısının alınması üçün qəbul ediləcək. Qadağanın Uels və Şotlandiyada da tətbiq ediləcəyi qeyd edilib.
Səhiyyə naziri Andrew Gwynne gəncləri qorumaq üçün qadağanı dəstəkləsə də, təkrar doldurulan cihazların qadağaya daxil edilmədiyini vurğulayıb.
Qeyd edək ki, İrlandiya və Belçika da oxşar qadağalar tətbiq etməyi planlaşdırır.
Nuray, Bizim.Media