“Ötən gün baş verən terror aktından sonra bu gün TUSAŞ kollektivi iş başındadır. Göndərmələrimiz davam edir, sınaqlarımız davam edir”.
Bizim.Media xəbər verir ki, bu barədə TUSAŞ aerokosmik müəssisəsinin baş direktoru Mehmet Demiroğlu jurnalistlərə açıqlamasında bildirib.
“Əsgərlərimiz cəbhədə vuruşduğu kimi, biz də süfrəmizdə, skamyamızda ordumuza dəstək olmağa davam edəcəyik”, - o qeyd edib.
Xatırladaq ki, ötən gün Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib. Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib, biri isə özünü partladıb.
Bizim.Media