Sandu Moldova prezident seçkilərində liderdir

Sandu Moldova prezident seçkilərində liderdir

Hazırda oxunan: Sandu Moldova prezident seçkilərində liderdir

216997

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində 33% nəticə ilə liderdir.

Bizim.Media xəbər verir ki, bununla bağlı ilkin nəticələr Moldova Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən səslərin 14%-nin sayılmasından sonra dərc edilib.

Onu 30 faiz səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir. “Bizim partiya”nın lideri Renato Usatıy isə 15% səslə üçüncü yerdədir.

Nəticələrdə dördüncü yeri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah (5%) tutur. Onun ardınca keçmiş prokuror Viktoriya Furtuna (5%), keçmiş baş nazir, “Moldovanın Gələcəyi” partiyasının rəhbəri Vasili Tarlev (3%), keçmiş baş nazir İon Çiku (2%) gəlir.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun ilk iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO