Fransızlar arasında ölkə prezidenti Emmanuel Makronun fəaliyyətindən narazılıq səviyyəsi rekord həddə çatıb.
Bizim.Media xəbər verir ki, bunu Fransa İctimai Rəy İnstitutunun (İfop) "Le Journal du Dimanche" qəzetində dərc etdiyi sorğunun nəticələri sübut edir.
Belə ki, respondentlərin 78%-i E.Makronun prezident kimi fəaliyyətini bəyənmir, 22%-i isə dövlət başçısının işindən razıdır.
Nəşrin qeyd etdiyi kimi, E.Makron heç vaxt fransızlar arasında belə qeyri-populyar olmayıb.
Sorğu 2024-cü il oktyabrın 9-dan oktyabrın 17-dək aparılıb. Burada yaşı 18-dən yuxarı olan 2 mindən çox respondent iştirak edib.
Bizim.Media