Bu gün səhər Kazan Beynəlxalq Hava Limanında “xalça” planı təqdim edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako Teleqram kanalında məlumat verib.
Korenyakonun sözlərinə görə, pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi səbəbindən təyyarələrin gəlişi və buraxılması ilə bağlı məhdudiyyətlər Moskva vaxtı ilə saat 6:00-dan etibarən qüvvədədir.
Aeroportun fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar artıq 20-yə yaxın reys təxirə salınıb.
Bizim.Media