ABŞ Müdafiə Departamenti Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla 425 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığından sonra məlumat yayıb.
Paketə hava hücumundan müdafiə sistemləri, hava-yer raketləri, raket sistemləri, artilleriya üçün döyüş sursatları, zirehli maşınlar və tank əleyhinə silahlar daxildir.
Qeyd edək ki, Bayden administrasiyasının 2021-ci ilin avqustundan indiyədək Ukraynaya 67-ci silah tədarüküdür.
Bizim.Media