Britaniya İsrail və Çinə sanksiyalar TƏTBİQ EDƏCƏK

Britaniya İsrail və Çinə sanksiyalar TƏTBİQ EDƏCƏK

Hazırda oxunan: Britaniya İsrail və Çinə sanksiyalar TƏTBİQ EDƏCƏK

216370

Böyük Britaniya hökuməti fələstinlilərə qarşı sərt bəyanatlar səsləndirən İsrail rəsmilərinə, eləcə də Rusiyaya hərbi texnologiya tədarük etdiyinə görə Çin şirkətlərinə sanksiyalar tətbiq etməyi düşünür.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer İcmalar Palatasında çıxışı zamanı məlumat verib.
 

Starmerin sözlərinə görə, Britaniyanın xarici işlər naziri Devid Lemmi yaxın günlərdə Pekinə baş tutacaq səfəri zamanı Çində insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən britaniyalı deputatlara qarşı sanksiyaların ləğvini tələb edəcək.


Eyni zamanda o, fələstinlilərlə bağlı səsləndirdikləri bəyanatlara görə İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə sanksiyaların tətbiqini istisna etməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO