Türkiyənin Malatya bölgəsində baş verən 5,9 ballıq zəlzələ nəticəsində 187 nəfər zərər çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə zəlzələ zamanı şagirdini məktəbdən belə çıxardı - VİDEO
O bildirib ki, 43 nəfər xəstəxanaya yerləşdirilib.
Qeydə alınan zəlzələ bir çox vilayətlərdə hiss olunub.
Eyni zamanda, Malatya, Elazığ, Şanlıurfa, Batman ve Adıyaman vilayətlərində tədris bir günlük dayandırılıb.
Qeyd edək ki, daha əvvəl yaralıların sayının 4 nəfər olduğu açıqlanmışdı.
Bizim.Media