Ukraynada SEÇKİ MÜƏMMASI – Zelenski siyasi mübarizəyə “hə” DEYƏCƏK?

Ukraynada SEÇKİ MÜƏMMASI – Zelenski siyasi mübarizəyə “hə” DEYƏCƏK?

Hazırda oxunan: Ukraynada SEÇKİ MÜƏMMASI – Zelenski siyasi mübarizəyə “hə” DEYƏCƏK?

216135

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bu ölkədə prezident seçkilərinin gələn ilin yaz aylarında keçirilə biləcəyini iddia edib.

O, Telegram kanalında bunun səbəbini Qərbin təzyiqi ilə əlaqələndirib:

"Yəqin ki, Volodimir Zelenski həmin seçkilərdə iştirak edəcək".
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski sabah qələbə planını ictimaiyyətə təqdim edəcək


Maraqlıdır, müharibənin getdiyi bir şəraitdə seçkilər reallaşa bilərmi?

Düzdür, buna aid çoxlu nümunələr var. Rusiyanın özündə Ukrayna ilə müharibə apara-apara prezident seçkiləri keçirildi. Yəni savaşın davam etməsi fonunda da seçkilərin keçirilməsi mümkün ola bilər. Ukraynada hazırkı situasiyada seçkilərin baş tutub-tutmaması daxildəki vəziyyətdən daha çox Qərbin mövqeyindən asılıdır.

Başqa bir tərəfdən, Azarovun dediyi kimi gələn ilin yazında Ukraynada prezident seçkiləri keçirilməsini müharibənin bitəcəyinin anonsu kimi də dəyərləndirənlər də var. Nəzərə alaq ki, Zelenskinin özü də son zamanlar müharibənin uzağı 2025-ci ildə başa çatacağı barədə açıqlamalar verib.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, savaş gedə-gedə Ukraynada seçkilər keçirilə bilər, amma bu müharibənin bitmək üzrə olduğu anlamına gəlməməlidir: 

“Ukraynada hərbi vəziyyət davam edir. Amma bu, hər bir halda Ukrayna xalqının seçim imkanlarını da məhdudlaşdırmamalıdır. Demokratiyanın tələblərindən biri də odur ki, bəlkə seçkilərin keçirilməsilə Rusiya Ukrayna müharibəsində başqa, fərqli bir xətt və yaxud siyasi mövqe dalana dirənmiş münasibətlər sistemini kökündən dəyişə bilər. O baxımdan da alternativ siyasi qüvvələrə şans yaratmaq lazımdır.


Kiyev hazırda ərazi itkilərinə qarşı mübarizə aparır. Ölkədə müxalifətli, iqtidarlı hər kəs Ukraynanın ərazi bütövlüyünün təmin olunması uğrunda çalışır. Zelenskiyə alternativ olan siyasi qüvvələrin Rusiyanın işğal etdiyi ərazilərin geri qaytarılması məsələsində hansı siyasi strategiyanı cızacaqları isə hələ ki, bəlli deyil”. 

Kiyev seçki məsələsini uzatmağa çalışır

Həmsöhbətimizin fikrincə, proses göstərir ki, Ukraynada seçkilər keçirilsə də belə, müharibə hələ uzun müddət davam edəcək:
 

“Belə olacağı təqdirdə, Ukrayna xalqının seçim imkanlarını nə qədər məhdudlaşdıracaqları da ciddi sual doğurur. Təbii ki, seçkilər keçirilsə belə, bu müharibəni bitirmək demək olmayacaq. Çünki Rusiyanın özü də müharibə şəraitində seçkilər keçirib. Eyni zamanda, müxtəlif müharibə vəziyyətində olan digər dövlətlərdə də savaş gedə-gedə seçkilər baş tutub. Rəsmi Kiyev isə hər halda seçki məsələsini uzatmağa çalışır. Amma hesab edirəm ki, hər halda həm xaricdən, həm də daxildən gələn səslər fonunda Ukraynada seçkilər keçiriləcək”.


Məlumat üçün qeyd edək ki, Ukrayna Konstitusiyasına əsasən Prezident seçkiləri 5 ildən bir təşkil olunur.

Bu təqvimə uyğun olaraq, Ukraynada seçkilər 31 mart 2024-cü il tarixində keçirilməli idi.  Lakin hərbi vəziyyət davam etdiyi halda, seçkilər təxirə salına və yenidən təyin oluna bilər.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO