Türkiyə qardaşlarının, xüsusilə də Azərbaycanın fevral ayında baş verən dəhşətli zəlzələlər zamanı göstərdiyi yardımı heç vaxt unutmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
Türkiyə lideri əmin edib ki, Ankara da çətin anlarda dost ölkələrə dərhal kömək edəcək. “Biz qardaşlarımıza kömək əlimizi uzadacağıq, bütün imkanlardan təmənnasız istifadə edəcəyik”, - deyə dövlət başçısı türk dünyasını “Türkiyənin həm kədərində, həm də sevincində olacağı kritik əhəmiyyətli bölgə” adlandırıb.
Siyasətçi vurğulayıb ki, Türkiyə türk dünyası ilə əlaqələri, o cümlədən Türk Dövlətləri Təşkilatı vasitəsilə fəal şəkildə inkişaf etdirməyə davam edəcək.
Ərdoğan bölgədəki gərginlik mövzusuna da toxunub. Onun sözlərinə görə, rəsmi Ankara “bölgədə tüğyan edən böhran qasırğasının” Türkiyəyə toxunmaması üçün əlindən gələni edəcək.
Prezident Türkiyənin hərbi-sənaye kompleksi sahəsində əldə etdiyi nailiyyətlərə də diqqət yönəldib. “Ölkənin müdafiə sənayesinin ixracının həcmi rekord həddə - ildə 6 milyard dollara çatıb. Hərbi-sənaye kompleksinə dəstək üçün fəal səylər davam etdiriləcək”, - deyə Türkiyə lideri qeyd edib.
Bizim.Media