ABŞ prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına keçmiş prezident Donald Trampın həyatına hər hansı bir cəhdin müharibə aktı sayılacağını İrana açıq şəkildə bildirməyi tapşırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” məlumat verib.
Məlumata görə, buna Trampın komandasının onun həyatına sui-qəsd cəhdləri barədə məlumatların daxil olması səbəb olub.
ABŞ Tarmpı 2020-ci ildə general Qasım Süleymaninin öldürülməsinə görə İranın qisasından qorumaq üçün tədbirlər görüb.
Politico-nun məlumatına görə, Tramp administrasiyasının keçmiş dövlət katibi Mayk Pompeo və ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri general Kennet Makkenzi kimi rəsmilərin müdafiəsinə ildə təxminən 150 milyon dollar xərclənir. Eyni məbləğ hazırda Tramp üçün də ayrılıb.
Bizim.Media