FHN-in Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinə yeni rəis təyin edilib.
Bizim.Media “qaynarinfo.az”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq Əmri ilə Fuad Məmmədov sözügedən xidmətə rəis təyin olunub.
O, bu təyinatadək Şamaxı şəhərində həkim kimi çalışıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında FHN-in Mülki Müdafiə Qoşunlarının Tibb Xidmətinin rəisi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumu Elçin Əligülov vəzifəsindən azad edilmişdi. Onun yerinə həmin qurumun Tibb Xidmətinin rəis müavini Ərəstun Əliyev müvəqqəti olaraq rəis əvəzi təyin olunmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:34 / 14.10.2024
Şeyxin işdən çıxarılan qohumunun yerinə TƏYİNAT
Hazırda oxunan: Şeyxin işdən çıxarılan qohumunun yerinə TƏYİNAT
Hazırda oxunan: Şeyxin işdən çıxarılan qohumunun yerinə TƏYİNAT
215967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.