Gənc qız işdəki stres səbəbindən yerimək və danışmaq qabiliyyətini İTİRDİ - FOTO

Gənc qız işdəki stres səbəbindən yerimək və danışmaq qabiliyyətini İTİRDİ - FOTO

Hazırda oxunan: Gənc qız işdəki stres səbəbindən yerimək və danışmaq qabiliyyətini İTİRDİ - FOTO

215585

Böyük Britaniyada 25 yaşlı qız işdəki stres səbəbindən nadir və sağalmaz nevroloji xəstəliyə tutulub. 

Bizim.Media "The Sun”a istinadən xəbər verir ki, Emili Nyuman adlı qız yerimək və normal danışmaq qabiliyyətini itirib. 
 

Britaniyalı gənc qız həmişə özünü yaxşı hiss etdiyini, lakin bir gün qıcolma keçirdiyini deyib. Qız kömək üçün həkimlərə müraciət etsə də, çoxsaylı müayinələr onun səhhətinin pis olmasının səbəbini müəyyən etməyib. Bir müddət sonra qıcolmalar təkrarlanmağa başlayıb və qız səkkiz gün ayaqlarını tərpədə bilməyib. 


Həkimlər sonradan Nyumanın beyində məlumat ötürmək və qəbul etməkdə çətinlik yaradan funksional nevroloji pozğunluq aşkar ediblər. Həkimlərin nöqteyi-nəzərindən onun xəstəliyinə işdəki stres səbəb olub. 

Gündə onlarla dəfə baş verə bilən davamlı qıcolmalar səbəbindən Nyuman əlil arabasında və ya əsa ilə hərəkət etmək məcburiyyətində qalır, nitqi isə ləngdir və danışığı aydın olmur. 

“Bəzən ümumiyyətlə ünsiyyət qura bilmirəm. Məndə qıcolmalar var. Ötən gün iki saat özümə zərbələr vurdum”, - qız təfərrüatları bölüşüb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO