İranın keçmiş prezidenti seçkilərdə İŞTİRAK EDƏCƏK

İranın keçmiş prezidenti seçkilərdə İŞTİRAK EDƏCƏK

Hazırda oxunan: İranın keçmiş prezidenti seçkilərdə İŞTİRAK EDƏCƏK

215579

İranın keçmiş Prezidenti Həsən Ruhani 2024-cü ildə ölkədə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.


Sfera.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb. 


Agentliyin məlumatına görə, sabiq dövlət başçısı yenidən aktiv siyasətə qayıtmaq qərarına gəlib və islahatçıları seçkilərə aparacaq.

 

Qeyd edilir ki, Ruhaninin qayıdışının ilk addımlarından biri onun xatirələrinin nəşri olacaq. Siyasətçi həmçinin bir sıra görüşlər keçirəcək, xüsusən də ölkənin xarici siyasət yolu ilə bağlı sualları cavablandıracaq.


Agentlik, Ruhaninin mənfi iqtisadi vəziyyət qarşısında prezidentliyinin son illərində ən uğursuz liderlərdən birinə çevrildiyini vurğulayıb.


Əzizə
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO