Harris üç ayda 1 milyard dollar topladı - REKORD MƏBLƏĞ

Harris üç ayda 1 milyard dollar topladı - REKORD MƏBLƏĞ

Hazırda oxunan: Harris üç ayda 1 milyard dollar topladı - REKORD MƏBLƏĞ

215380

Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris üç aydan az müddətdə keçirdiyi kampaniyada 1 milyard dollardan çox pul toplayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri üç mənbəyə istinadən yazıb.

NYT-nin məlumatına görə, ABŞ tarixində heç bir prezidentliyə namizəd bu qədər qısa müddət ərzində belə məbləğ toplamayıb.

Qəzet qeyd edir ki, Harrisin topladığı məbləğ onun Respublikaçı rəqibi Donald Trampın bütün 2024-cü ildə toplaya bildiyi məbləğdən çoxdur. Rəsmi açıqlamaların hesablamalarına görə, Tramp təxminən 853 milyon dollar toplayıb.

Qəzetin yazdığına görə, Kamala Harrisin topladığı məbləğə onun kampaniyası üçün partiya komitələrindən, o cümlədən Demokratlar Partiyasının Milli Komitəsindən ayrılan vəsait daxildir. Onlar əsasən televiziya və onlayn reklamlara, həmçinin partiya ofislərinə və işçilərinin maaşına sərf olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO