Bosniya və Herseqovinada yerli seçkilər keçirilir

Bosniya və Herseqovinada yerli seçkilər keçirilir

Hazırda oxunan: Bosniya və Herseqovinada yerli seçkilər keçirilir

214816

Bosniya və Herseqovinada yerli idarəetmə orqanlarına seçkilər keçirilir.

Bizim.Media xəbər verir ki, səsvermə nəticəsində ölkədə iki inzibati vahiddə - Serb Respublikası ilə Bosniya və Herseqovina Federasiyasında, eləcə də xüsusi statusa malik Brçko bölgəsində 143 bələdiyyə sədri və 3200 şura üzvü müəyyənləşəcək.

Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli seçkilərdə 110 siyasi partiya, 58 alyans, 76 müstəqil namizəd və 43 azlıq nümayəndəsi iştirak edir.

Ümumilikdə 26 min 89 namizədin iştirak etdiyi seçkidə namizədlərdən 25 min 703-ü şura üzvü, 386-sı isə bələdiyyə sədri olmaq üçün mübarizə aparır. Ölkədə 3,4 milyon nəfərin səsvermə hüququna malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO