Özbəkistanda məktəbdə İNSİDENT: Müəllim şagirdi rus dilinə görə döydü – VİDEO

Özbəkistanda məktəbdə İNSİDENT: Müəllim şagirdi rus dilinə görə döydü – VİDEO

Hazırda oxunan: Özbəkistanda məktəbdə İNSİDENT: Müəllim şagirdi rus dilinə görə döydü – VİDEO

213111

Özbəkistanda rus dili müəllimi şagirdi ondan rus dilində dərs keçməsini tələb etdiyi üçün döyüb. 

Bizim.Media Rusiya mətbuatına ikstinadən xəbər verir ki, hadisə Daşkənddə 188 saylı məktəbdə baş verib. 

Məlumata görə, 6-cı sinif şagirdi ilk rus dili dərsini tamamilə özbək dilində keçirən müəllimə etiraz edib. 

Bu iradlara cavab olaraq müəllim uşağı qulağından tutub, üzünə vurub, boğmağa və başını taxtaya vurub qışqırmağa başlayıb. Həmin anlar videomüşahisə kameraları tərəfindən lentə alınıb. 

Artıq vəziyyət Özbəkistanın rəsmi orqanları tərəfindən araşdırılıb. Müəllimin sınaq müddətində olduğu və həmin məktəbdə rəsmi işə qəbul olunmadığı bildirilib. Lakin uşağın ciddi xəsarət almadığı və səhhətinin yaxşı olduğu qeyd edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO