İstanbulda motosiklet oğurluğunda şübhəli bilinərək axtarışda olan şəxsin saxlanılması ilə bağlı əməliyyat keçirilib.
Bizim.Media “Milliyet”ə istinadən xəbər verir ki, 19 yaşlı Y.E.Ç adlı həmin şəxs saxlanıldığı an polisin silahını götürərək onlara və ətrafdakı insanlara atəş açıb.
İnsident zamanı Şeyda Yılmaz adlı polis əməkdaşı yaralanıb. 27 yaşlı polis xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla yanaşı, hadisə nəticəsində təqsirləndirilən gəncin anası və daha bir polis əməkdaşı yaralanıb.
Y.E.Ç hadisə yerindən qaçsa da daha sonradan saxlanılıb.
Bizim.Media