“İran hazırda daha çox Avropaya yaxın olmaq istəyir” – Sergey Markov

“İran hazırda daha çox Avropaya yaxın olmaq istəyir” – Sergey Markov

Hazırda oxunan: “İran hazırda daha çox Avropaya yaxın olmaq istəyir” – Sergey Markov

212445

“İran son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Rusiyaya qarşı kifayət qədər aqressiv eyhamlar vurur. Bu da bir siyasətdir. İran Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra Qərblə münasibətləri yaxşılaşdırmağa çalışır. Halbuki, rəsmi Tehranın daha çox həm Rusiya, həm də Azərbaycanla konstruktiv və qarşılıqlı faydalı münasibətlərə ehtiyacı var.

Ona görə də deyə bilərik ki, müəyyən mənada İran və Rusiyanın, eləcə də İran və Azərbaycanın bəzi sahələrdə müsbət gündəliyi olsa da, tərəflər arasında fikir ayrılıqları da mövcuddur”.

Bizim.Media xəbər verir ki, bunu yerli KİV-lərə müsahibəsində Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

O bildirib ki, bu cür yanaşmaları bəzən Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə də görürük:

“Bu bir faktdır ki, İran Rusiya ilə sıx əməkdaşlıq edir. Üstəlik, Zəngəzur dəhlizi məsələsində Tehranın Ermənistanın tərəfində olduğunu desək, bu, Ermənistanın maraqlarından daha çox İranın maraqlarına xidmət edir. İran çalışır ki, dəhliz onların ərazisindən keçsin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO