İranda ölüm sayı 76 mini keçdi 

İranda ölüm sayı 76 mini keçdi 

Hazırda oxunan: İranda ölüm sayı 76 mini keçdi 

21211

İranda son sutka ərzində 200 nəfər koronavirusdan dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, bunu ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda indiyədək 76 633 nəfər pandemiyanın qurbanı olub. 

Bundan əlavə, son sutkada 7723 nəfərdə koronavirusa yoluxma aşkarlanıb. Beləliklə, yoluxma faktlarının ümumi sayı 2 739 875-ə yüksəlib. 

Məlumatda, həmçinin 5396 nəfərin ağır vəziyyətdə olduğu, 2 210 851 nəfərin isə xəstəlikdən sağaldığı qeyd olunub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO