Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah"a məxsus portativ rabitə qurğularının partladılması nəticəsində İran səfiri Müctəba Əmani də xəsarət alıb.
Bizim.Media xəbər verir ki, partlayış Livanın cənubunda baş verib və 30 dəqiqə davam edib.
MÖVZU İLƏ BAĞLI:
Livanda Hizbullah-a məxsus rabitə cihazları partladıldı, 200-dən çox yaralı var - VİDEO
Hadisədən günahkar tərəf kimi İsrail ordusu göstərilir.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
Bizim.Media