Göyərtəsində üç nəfərin olduğu "Robinson R66" təyyarəsi Rusiyanın Amur vilayətində yoxa çıxıb.
Bizim.Media Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda axtarış işləri aparılır.
“Son 24 saat ərzində Zeya bələdiyyə rayonu ərazisində bir fövqəladə vəziyyət qeydə alınıb: 16 sentyabr 2024-cü il tarixində 07424 nömrəli Robinson R66 helikopterinin qəza mayakı sönüb. Zeya bələdiyyəsinin ərazisindən qeydiyyatsız uçuş həyata keçirirmiş, göyərtəsində 3 nəfər olub”, - məlumatda deyilir.
“Xarqu” şirkətinin baş mühəndisinin sözlərinə görə, axtarışlara şirkətdən səkkiz nəfərdən və iki texnikadan ibarət iki yerüstü dəstə cəlb olunub.
Bizim.Media