Myanmada qasırğa: Ölənlərin sayı 116-ya çatdı

Myanmada qasırğa: Ölənlərin sayı 116-ya çatdı

Hazırda oxunan: Myanmada qasırğa: Ölənlərin sayı 116-ya çatdı

211612

Son illərin ən güclü qasırğalarından olan “Yaqi”nin Myanmaya gətirdiyi şiddətli yağışların yaratdığı sel və daşqınlar, torpaq sürüşmələri, palçıq axını səbəbindən ölənlərin sayı 116-ya yaxınlaşıb, 60-dan çox sakin itkin düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Myanma mətbuatı yayıb. 

Güclü yağışlar paytaxt Neypido şəhəri də daxil olmaqla ölkənin şimal-qərb və mərkəzi hissələrində daha çox fəsadlar törədib. Çaylarda yaranan sel sahildəki yaşayış məntəqələrində evləri dağıdıb. Ümumilikdə 73 mindən çox evə ziyan dəyib. Daşqın və palçıq axını körpüləri və avtomobil yollarını dağıdıb.

Təbii fəlakət nəticəsində 320 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Bəzi ekspertlər Myanmada humanitar böhranın yaranması ehtimalının böyük olduğunu bildirirlər.

Myanma hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım istəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO