Türkiyədə bu sürücülər 25 min manat CƏRİMƏLƏNDİ - VİDEO

Türkiyədə bu sürücülər 25 min manat CƏRİMƏLƏNDİ - VİDEO

Hazırda oxunan: Türkiyədə bu sürücülər 25 min manat CƏRİMƏLƏNDİ - VİDEO

211491

Türkiyənin Bursa şəhərində avtomobillərindən ətrafa siqaret kötükləri atan sürücülər cərimələnib.

Bizim.Media xəbər verir ki, İnegöl Bələdiyyəsi Polis İdarəsi şəhərdə quraşdırılan izləmə kameralarından avtomobillərindən ətrafa siqaret kötükləri atan 248 nəfəri cərimələyib.

“Bu gözəl şəhəri heç kəsin çirkləndirməyə haqqı yoxdur” şüarı ilə nəqliyyat vasitələrindən ətrafa siqaret kötükləri atan vətəndaşlardan 508 min 896 lirə (təxminən 25,567 manat) cərimə tutulub.

Qeyd edilib ki, İnegöl Bələdiyyəsi Monitorinq və Qiymətləndirmə Mərkəzinə qoşulan kameralar vasitəsilə şəhərin bir çox nöqtəsində yoxlamalarını davam etdirir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO