Tramp miqrant cinayətkarlarla mübarizə üçün əməliyyat qrupu YARADACAQ

Tramp miqrant cinayətkarlarla mübarizə üçün əməliyyat qrupu YARADACAQ

Hazırda oxunan: Tramp miqrant cinayətkarlarla mübarizə üçün əməliyyat qrupu YARADACAQ

211388

ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gələrsə, qeyri-leqal miqrantlar arasından cinayətkarlıqla mübarizə aparacaq elit hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət xüsusi əməliyyat qrupu yaradacaq.

Bizim.Media xəbər verir ki, Tramp bu haqda cümə günü Nevada ştatının Las-Veqas şəhərində çıxış edərkən bildirib.

“Mən Ağ Evə qayıdanda elit federal hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi əməliyyat qrupu yaradacağam. Onlara ölkəmizi zəbt edən bütün xarici quldur dəstələrini və mütəşəkkil cinayətkar şəbəkələri məğlub edib məhv etmək tapşırılacaq.”, - deyə o bildirib.

Tramp əlavə edib ki, dünyanın hər yerindən əvvəllər həbsxanalarda, ruhi xəstəxanalarda saxlanılan, əksəriyyəti terrorçu olan milyonlarla qeyri-qanuni mühacir cənub sərhədindən ABŞ-a gəlir və o bu problemi kökündən həll edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO