Narinin cinayətinə görə anası və qardaşı da HƏBS EDİLDİ - FOTO

Narinin cinayətinə görə anası və qardaşı da HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Narinin cinayətinə görə anası və qardaşı da HƏBS EDİLDİ - FOTO

211248

Narin Güranın ölümündə təqsirli bilinən 10 nəfər həbs edilib.

Bizim.Media “CNN Türk”ə istinadən xəbər verir ki, aparılan istintaq tədbirləri nəticəsində 8 yaşlı Narinin anası və qardaşı da daxil olmaqla şübhəlilərdən 10-u barəsində həbs qətiimkan tədbiri seçilib.

Saxlanılanlardan Narin Güranın anası Yüksel (44) və qardaşı Enes (18) “qəsdən adam öldürmədə iştirak” maddəsi ilə, əmisi Furat Güran(41) “cinayət sübutlarını yox etmək” maddəsi ilə, digər beş şübhəli isə isə “ cinayətkarı və cinayəti ört-basdır etmək maddəsi ilə həbs edilib.

Digər beş nəfərə Narinin əmisi övladları Muhammet Kaya (23) və Birsen Güran (19), əmisi arvadı Maşallah Güran (46), bibisinin əri Mehmet Şevket Kaya və Salim Güranın işçisi daxildir.

Narinin atası Arif Güran isə azad edilib.

Arif Güran ifadəsində qardaşı ilə problemi olmadığını vurğulayıb:

“Salim ilə aramızda problem yox idi. Borc məsələmiz vardı amma onu da ödəmişdim. Tarlalarımızı da özü əkib-becərdiyinə görə hesablarımız da ortaq idi. Əgər məsələ borc olsaydı tarladan gələn gəliri mənə verməyə bilərdi. Məbləği sadəcə 15 gün gec ödəmişdim”.

Xatırladaq ki, 8 yaşlı Narin Güranın öz kəndindən 3 km uzaqda dərədə cəsədinin tapılmasından sonra cinayət işi açılıb. Onun əmisi Salim Güran və cəsədi gizlətməkdə təqsirli bilinən Nevzat

Bahtiyar həbs edilib. Ailə üzvləri daxil olmaqla 24 şübhəli saxlanılıb.

İddialara görə, Narin evdə gördüyü hansısa hadisəyə görə öldürülüb. Bu hadisənin onun əmisi ilə anası arasındakı münasibət ola biləcəyi iddiaları var.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO