Zelenski əsəbiləşdi: "Biz düşmən deyilik, niyə Rusiyanın tərəfini tutursunuz?" - VİDEO

Zelenski əsəbiləşdi: "Biz düşmən deyilik, niyə Rusiyanın tərəfini tutursunuz?" - VİDEO

Hazırda oxunan: Zelenski əsəbiləşdi: "Biz düşmən deyilik, niyə Rusiyanın tərəfini tutursunuz?" - VİDEO

211141

“Biz axmaq deyilik. Bu teatr nə üçündür?".

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski Braziliyanın “Metropoles” qəzetinə müsahibəsində Braziliya və Çinin Ukraynadakı müharibəni bitirmək üçün hazırladığı sülh planını müzakirə edərkən səsləndirib.

O, bu ölkələrin mövqeyindən narazılığını bildirib: "Onların planı "dağıdıcı”dır və yəqin ki, Kremllə razılaşdırılıb.

Biz düşmən deyilik, niyə Rusiyanın tərəfini tutursunuz və ya neytral mövqe tutursunuz?".

Ukrayna lideri Braziliya hökumətini “Rusiyayönlü” adlandırıb və onu Ukraynanı dəstəkləməyə çağırıb.

Xatırladaq ki, Çin-Braziliya planının əsasını cəbhə xəttində müharibəni dayandırmaq təşkil edir.

Bu plan isə Zelenskinin 1991-ci il sərhədlərinin qaytarılmasını tələb edən “sülh formulu”na ziddir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO