Ukraynaya qarşı istifadə olunması məqsədilə İranın Rusiyaya ballistik raketlər tədarükündən sonra Böyük Britaniya hökuməti bu gün İran və Rusiya barəsində yeni sanksiyalarını elan edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya Rusiyanın bir neçə qurumuna yeni sanksiyalar tətbiq olunub. 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi, Rusiya Hərbi Kosmik Qüvvələri, Hərbi-Nəqliyyat Aviasiyasının Komandanlığı sanksiyalara məruz qalan qurumlar arasındadır.
Rusiyaya məxsus beş yük gəmisi də İrandan Rusiyaya hərbi yüklərin daşınmasında oynadıqları rola görə bu gün sanksiyaya məruz qalıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:46 / 10.09.2024
Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
Hazırda oxunan: Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
Hazırda oxunan: Böyük Britaniya Rusiyaya yeni sanksiyalar tətbiq edib
210892
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.