Bakılı siyasətçi qubernator seçkilərində öndədir

Bakılı siyasətçi qubernator seçkilərində öndədir

Hazırda oxunan: Bakılı siyasətçi qubernator seçkilərində öndədir

210601

Rusiyanın Sankt-Peterburq şəhərinin hazırkı qubernatoru Aleksandr Beqlov protokolların 70,57 faizinin işlənməsinin nəticələrinə əsasən şəhər başçısının seçkisində səslərin 59,88 faizini toplayıb.

Bu barədə Bizim.Media Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına isitnadən xəbər verir.

LDPR partiyasından namizədliyi irəli sürülmüş Maksim Yakovlev 19,05%, Pavel Braqin (yaşıllar) 11,1%, Sergey Malinkoviç (Rusiya kommunistləri) 7,75% səs toplayıb.

Qeyd edək ki, Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri Aleksandr Beqlov 1956-cı il mayın 19-da Bakıda hərbçi ailəsində anadan olub. Beqlov səkkiz sinfi bitirdikdən sonra öncə peşə məktəbinə və daha sonra sənaye-pedaqoji texnikumuna daxil olub.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO