Rusiyada meşədə miqrantı heyvanlar yedi - Onu unudan 2 polis TUTULDU

Rusiyada meşədə miqrantı heyvanlar yedi - Onu unudan 2 polis TUTULDU

Hazırda oxunan: Rusiyada meşədə miqrantı heyvanlar yedi - Onu unudan 2 polis TUTULDU

210597

Rusiyanın Moskva vilayətində may ayında 45 yaşlı miqrantı meşədə qoyan iki polis əməkdaşı saxlanılıb. Sentyabr ayında onun meyiti heyvanlar tərəfindən yeyilmiş halda tapılıb.

Bizim.Media  xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, miqrant mayın 19-da Likino-Dulyovo şəhərində saxlanılıb. Jurnalistlərin dediyinə görə, o, sərxoş olub. Həbsdən sonra əcnəbi Dubrovo və Zaqryajskaya kəndləri arasındakı meşəyə aparılıb, hava almaq üçün oradan çıxmasına icazə verilib və daha sonra onu götürməyi unudublar.

Kişi meşədə azıb. Miqrantın meyiti sentyabrda aşkar edilib.

Qeyd olunur ki, hadisə ilə bağlı yerli polis idarəsinin kiçik leytenantı və baş serjantı saxlanılıb. Onlar artıq işdən çıxarılıblar. İstintaqda keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşlarına vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə mühakimə etməyi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO