Qazaxıstanda 141 şagird qidadan zəhərləndi

Qazaxıstanda 141 şagird qidadan zəhərləndi

Hazırda oxunan: Qazaxıstanda 141 şagird qidadan zəhərləndi

210530

Qazaxıstanın Manqistau vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin yerli Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Belə ki, sentyabrın 6-sı axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib:

“Kütləvi zəhərlənmə faktı ilə bağlı regionda xüsusi qərargah yaradılıb, 82 şagird ambulator, 16-nın isə stasionar müalicəsi davam edir. Hadisədən ümumilikdə 141 nəfər zərər çəkib. İstintaq başlayıb”, - məlumatda deyilir.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO