ABŞ-da keçiriləcək prezident seçkilərində namizəd Donald Tramp seçiləcəyi təqdirdə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını ləğv edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə New Republic məlumat yayıb.
“İranı itirirsən, Rusiyanı itirirsən. Çin öz valyutasını dominant valyutaya çevirməyə çalışır. Bütün bu ölkələrlə o qədər çox münaqişə var ki, siz dolların hökmranlığını itirəcəksiniz” deyən Tramp Rusiya kimi ölkələrə qarşı sanksiyaların dolları zəiflətdiyinə inandığını vurğulayıb.
O qeyd edib ki, hakimiyyəti dövründə sanksiyalardan mümkün qədər az istifadə etmək niyyətindədir.
Bizim.Media