“Rusiya öz təyyarələrinin 90%-ni ATACMS poliqonundan geri çəkib” - Con Kirbi

“Rusiya öz təyyarələrinin 90%-ni ATACMS poliqonundan geri çəkib” - Con Kirbi

Hazırda oxunan: “Rusiya öz təyyarələrinin 90%-ni ATACMS poliqonundan geri çəkib” - Con Kirbi

210189

“Rusiya öz təyyarələrinin 90%-ni ATACMS poliqonundan geri çəkib”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri Con Kirbi bildirib.

O qeyd edib ki, Rusiya hərbi komandirləri döyüş təyyarələrini ABŞ-ın Ukraynaya verdiyi silahların əhatə dairəsindən kənara çıxarıb:

“Rusiyanın bombaları və uzaqmənzilli zərbələr üçün istifadə etdiyi təyyarələrin 90%-i – hesab edirik ki, onların 90%-i Ukrayna sərhədindən 300 km-dən çox məsafədədir”.

Daha əvvəl “The Wall Street Journal” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən iddia etmişdi ki, Rusiya hərbi təyyarələrinin əksəriyyətini MGM-140 raket sistemlərinin (ATACMS) əli çatmayan bazalara köçürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO