Ukraynanın yeni xarici işlər naziri təsdiqləndi - YENİLƏNİB

Ukraynanın yeni xarici işlər naziri təsdiqləndi - YENİLƏNİB

Hazırda oxunan: Ukraynanın yeni xarici işlər naziri təsdiqləndi - YENİLƏNİB

210105

Ukraynanın Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təsdiqləyib. 

Bizim.Media  xəbər verir ki, bu barədə “UNİAN” deputat Yaroslav Jeleznyaka istinadən xəbər yayıb. 

Onun sözlərinə görə, qərarın lehinə 258 deputat səs verib. 

*** 14:48

Ukrayna Xarici İşlər Naziri vəzifəsinə Dmitri  Kulebanın yerinə Andrey Sibiqa təyin edilə bilər. 

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bununla bağlı təklifi Ukrayna Prezidenti Volodimir Zelenski parlamentə təqdim edib. 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın Xarici İşlər Naziri istefa verdi - FOTO


Həmin təklif Ali Radada artıq qeydiyyata alınıb. 

Qeyd edək ki, Andrey Sibiqa keçmiş Xarici İşlər Naziri Dmitri Kulebanın müavini vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO