PKK-dan təxribat – Zəlzələ qurbanları üçün toplanan yardım YANDIRILDI

PKK-dan təxribat – Zəlzələ qurbanları üçün toplanan yardım YANDIRILDI

Hazırda oxunan: PKK-dan təxribat – Zəlzələ qurbanları üçün toplanan yardım YANDIRILDI

210033

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində terrorçu PKK tərəfdarları Türkiyədə zəlzələ qurbanları üçün toplanan humanitar yardımı yandırıblar.

 

Sfera.az "İHA"ya istinadən xəbər verir ki, hücum fevralın 13-nə keçən gecə baş verib. Əraziyə cəlb edilən 30 yanğınsöndürən  yanğını söndürməyə müvəffəq olsa da, toplanan yardımların hamısı külə dönüb.

 

“Hazırda yanğının səbəbləri barədə heç nə deyə bilmərik. Kamera görüntüləri öyrənilir. Kadrlarda iki nəfərin Türkiyə bayrağını necə çıxarıb alovun içinə atdığını görürük”, - deyə yerli polis nümayəndəsi bildirib.

 

Eyni zamanda, bəzi türk mediaları hücumun naməlum şəxslər tərəfindən həyata keçirildiyini qeyd edərək, onların PKK-ya mənsubluğuna toxunmayıb.

 

Əzizə Zeynal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO