ABŞ Ukraynaya “F-16”larla bağlı yardımı RƏDD ETDİ

ABŞ Ukraynaya “F-16”larla bağlı yardımı RƏDD ETDİ

Hazırda oxunan: ABŞ Ukraynaya “F-16”larla bağlı yardımı RƏDD ETDİ

209236

Co Bayden administrasiyası Qərb hərbi texnikasına, xüsusən də “F-16” qırıcılarına xidmət göstərmək üçün amerikalı podratçıların Ukraynaya göndərilməsi təklifini təhlükəsizliklə əlaqədar olaraq rədd edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

“Ağ Evin Milli Təhlükəsizlik Şurası “F-16” qırıcıları və digər hərbi silahlara xidmət göstərmək üçün Ukraynaya mülki podratçılar göndərilməsi təklifini nəzərdən keçirsə də, kəşfiyyat və digər qurumlar hələlik belə bir addımı çox riskli hesab edirlər.

Eyni zamanda, Amerika tərəfi ümid edir ki, Avropa ölkələri Ukraynada F-16-ya xidmət göstərmək üçün bütün məsuliyyəti öz üzərinə götürəcək”, nəşr qeyd edib.

Kəşfiyyat ictimaiyyəti Rusiyanın Ukraynadakı ABŞ podratçılarına hücumu ehtimalı ilə bağlı narahatlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO