Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını İŞDƏN ÇIXARDI

Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını İŞDƏN ÇIXARDI

Hazırda oxunan: Zelenski Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını İŞDƏN ÇIXARDI

209183

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Oleşuku Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri vəzifəsindən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat verilib.

Məlumata görə, HHQ komandirinin işdən çıxarılması avqustun 26-da Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğraması fonunda baş verib.

"Mən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandirini əvəz etmək qərarına gəldim. Mən bütün hərbi pilotlarımıza, mühəndislərimizə, mobil atəş qruplarının əsgərlərinə, hava hücumundan müdafiə üzvlərinə sonsuz minnətdaram. Bu, komanda səviyyəsində də lazımdır - biz güclənməliyik və insanların qayğısına qalmalıyıq", - deyə Ukrayna lideri qeyd edib.

Həmin vəzifəni müvəqqəti olaraq Anatoli Krivonojko icra edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO