Avropa İttifaqı (Aİ) ölkələri artıq Ukraynaya 43,5 milyard avro dəyərində hərbi yardım edib.
Bizim.Media xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bunu ittifaq ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.
Borrel qeyd edib ki, Brüssel artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyevə hərbi yardımı maliyyələşdirmək üçün istifadə etməyə başlayıb: “İndiyədək 1,4 milyard avro gəlir köçürülüb.
Ukraynada müharibə başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının təxminən yarısını dondurub. Bu vəsaitin 200 milyard avrodan çoxu Aİ ölkələrindədir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:13 / 30.08.2024
Aİ-nin Ukraynaya hərbi yardımının həcmi AÇIQLANDI
Hazırda oxunan: Aİ-nin Ukraynaya hərbi yardımının həcmi AÇIQLANDI
Hazırda oxunan: Aİ-nin Ukraynaya hərbi yardımının həcmi AÇIQLANDI
209152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.