Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının keçmiş həyat yoldaşı Gülmira Satıbaldı əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya "Spunik Qazaxıstan" nəşrində yer alıb.
Mənbə yazır ki, qərar Almatı şəhərinin cinayət işləri üzrə ixtisaslaşmış rayonlararası məhkəməsi tərəfindən verilib.
O, keçmiş biznes ortağı Abay Junusova hədə-qorxu gəlməkdə və onun qanunsuz həbsində təqsirli bilinib.
Gülmiranın şəriki Madi Batırşayev bu cinayət işinə görə artıq 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2023-cü ilin may ayında Gulmira Satıbaldı artıq ilk hökmünü alıb. Ona biznesi ələ keçirmə və adam oğurluğu maddələrinə görə 7 il həbs cəzası verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:24 / 29.08.2024
Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı 12 il HƏBS CƏZASI ALDI
Hazırda oxunan: Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı 12 il HƏBS CƏZASI ALDI
Hazırda oxunan: Nazarbayevin qardaşı oğlunun keçmiş həyat yoldaşı 12 il HƏBS CƏZASI ALDI
208965
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.