Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Federal Xidməti (Roskomnadzor) Ermənistandan gələn çiyələklərin tərkibində endokrin sistemi məhv edən və Rusiyadan başqa bir çox ölkələrdə qadağan olunmuş təhlükəli pestisid - tebukonazol aşkarlayıb.
Giləmeyvə paytaxtla yanaşı, Moskva və Tula vilayətlərində də satılmalı idi.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Mənbə qeyd edir ki, avqustun 21-də yoxlama üçün seçilmiş dörd tonluq partiyada pestisidlər aşkar edilib. Nümunədə trifloksistrobin və tebukonazol pestisidlərinin miqdarı yoxlanılıb.
Birincisi, bəzi tədqiqatlara görə, reproduksiyaya və ya məhsuldarlığa təsir göstərir.
İkinci maddə əsasında hazırlanan preparatların insanlar üçün ikinci təhlükə sinfinə aid olduğu bildirilir. Bundan əlavə, insanın endokrin sistemini məhv edir. Nəticədə məhsullarda 0,152 mq/kq tebukonazol aşkar edilib. Onun göstəricisi standartlaşdırılmayıb, lakin məhsullarda olması artıq təhlükəli hesab olunur. Bundan başqa, avqustun 16-da Ermənistandan gətirilən daha bir çiyələk partiyası yoxlanılıb. Orada pestisid bupirimatının miqdarı (0,690 mq/kq) yüksəlib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:53 / 28.08.2024
Erməni çiyələkləri Moskvaya buraxılmadı
Hazırda oxunan: Erməni çiyələkləri Moskvaya buraxılmadı
Hazırda oxunan: Erməni çiyələkləri Moskvaya buraxılmadı
208789
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.