Londonda karnavalda insident: 8 nəfər bıçaqlanıb, 3-nün vəziyyəti ağırdır

Londonda karnavalda insident: 8 nəfər bıçaqlanıb, 3-nün vəziyyəti ağırdır

Hazırda oxunan: Londonda karnavalda insident: 8 nəfər bıçaqlanıb, 3-nün vəziyyəti ağırdır

208613

Londonda avqustun 25-26-da keçirilən “Notting Hill” karnavalında ciddi insidentlər baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı London polisi yayıb.

Mənbə qeyd edir ki, karnaval zamanı 8 nəfər bıçaqlanıb, onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisələr nəticəsində ümumilikdə 334 nəfər saxlanılıb. Saxlanılan şəxslərin əksəriyyətinin üzərində hücum silahları və ya narkotik maddələr aşkar edilib.

Karnaval zamanı, həmçinin 50 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, əvvəlki iki “Notting Hill” karnavalında da oxşar insidentlər baş vermişdi. Belə ki, həmin tədbirlərdə bir nəfər həlak olmuş, 14 nəfər bıçaqlanmış və 125-dən çox polis əməkdaşı hücuma məruz qalmışdı.

“Notting Hill” karnavalı Birləşmiş Krallıqda ən uzun müddət davam edən küçə festivallarından biri olmaqla, rəngarəng geyimlərdəki ifaçıların küçələrdə rəqs və musiqi ilə yürüş etdiyi böyük tədbirdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO